Azərbaycanda ilk dəfə "Microsoft Express Route" xidməti istifadəyə verildi

"Proxima Tech Solutions" tərəfindən ölkəmizdə ilk dəfə təqdim edilən "Microsoft ExpressRoute" ənənəvi internet bağlantılarından fərqli olaraq, məlumat ötürülməsini qapalı və sabit kanal üzərindən təmin edir. Bu yanaşma dövlət qurumları, maliyyə sektoru və iri bizneslər üçün kritik əhəmiyyət daşıyır, çünki məlumat axınına əlavə təhlükəsizlik, daha az gecikmə və yüksək etibarlılıq təmin edir. Xidmət birbaşa "Microsoft Azure"un "Frankfurt (DE)" məlumat mərkəzinə qoşulma imkanı təqdim edir. Layihə "AzerTelecom" ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib və Azərbaycanın bulud xidmətlərinə sabit və təhlükəsiz beynəlxalq çıxış imkanı yaradır.