ABB Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinə tərəfdaşlıq dəstəyi verir

®31 avqust – 5 sentyabr 2025-ci ildə Azərbaycanda 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalı keçiriləcək. Ölkəmizdə rəqəmsallaşma proseslərinə fəal dəstək verən ABB də Azərbaycan Banklar Assosiasiyası çərçivəsində bu mühüm qlobal tədbirin tərəfdaşıdır. Müsabiqə “ICPC Foundation”-ın təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” […]