Azərbaycanda bank kartlarının sayı 21 milyona çatır

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 271 min ədəd artaraq 20 milyon 913 min ədəd təşkil edib. Banker.az xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 17% artmış, kredit kartlarının sayı isə 7% azalmışdır. […]