Tramp Sorosa qarşı - ABŞ lideri məşhur filantropun həbsini istəyir - ŞƏRH

ABŞ Prezidenti Donald Tramp iş adamı Corc Sorosa qarşı cinayət işinin açılmasını tələb edib. Milyarder hökumətə qarşı etirazları dəstəkləməkdə ittiham edilir. Prezident hesab edir ki, Soros oğlu və dostları ilə birlikdə ABŞ-yə ciddi ziyan vurur. Prezident bununla yanaşı, 94 yaşlı milyarder və onun fondu barədə "psixopatlar qrupu", "sərsəmlər" kimi ifadələr səsləndirib. Əslində Tramp seçkiöncəsi təşviqat kampaniyasında da bu məsələyə toxunmuşdu və respublikaçıların hakimiyyətə qayıdışından sonra Sorosla haqq-hesab çürüdəcəyi gözlənilən idi. İllər ərzində həm ABŞ-də, həm də Qərbin müəyyən siyasi dairələrində Soros ailəsinin çirkin oyunlarına qarşı formalaşan narazılıq getdikcə daha da artmaqda davam edib.