Kürdəmirdə Birinci Qarabağ müharibəsinin itkin şəhidi Rizvan Hacıyevlə vida mərasimi keçirilib
Kürdəmir rayonunun Qocalı kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra Füzulinin Qacar kəndi ərazisində tapılan Rizvan Qara oğlu Hacıyevlə vida mərasimi keçirilib.