Şiddətli töhmət alan icra başçısı kimdir?

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadəyə işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət elan edilib. Banker.az xəbər verir ki, Prezident İlham Əliyevin 29 avqust 2025-ci il tarixli sərəncamında bildirilir. Orxan Hüseynzadə 1983-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. […]