Azərbaycan və ABŞ müdafiə məhsullarının satışı sahəsində əməkdaşlıq edəcək. Bu barədə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında anlaşma memorandumunda deyilir. Qeyd edilib ki, iştirakçılar Strateji İşçi Qrupunda aşağıdakı üç sahəyə diqqət yönəltmək niyyətindədirlər. Enerji, ticarət […]