Avropa Komissiyası Rusiyaya məxsus aktivlərdən 200 milyard avronu Ukraynaya ayırmağı planlaşdırır Bu barədə “Politico” nəşri məlumat yayıb. Məlumata görə, Avropa Komissiyası dondurulmuş Rusiya aktivlərinin Kiyevə ötürülməsi mexanizminin hazırlanmasına başlayıb. Mənbələrin bildirdiyinə görə, Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri bu təşəbbüslə bağlı danışıqlara avqustun 30-da keçiriləcək qeyri-rəsmi görüş zamanı start verəcəklər.