Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib. Proqnoza görə, avqustun 31-də Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman müşahidə olunacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. ...