Bakının Rəşid Behbudov küçəsində avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq

Bakının Nəsimi rayonunun Rəşid Behbudov küçəsinin 28 May küçəsindən Şəmsi Bədəlbəyli küçəsinə qədər olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sabah 06:00-dan 23:00-a qədər həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.