Azərbaycanda sağlamlığa zərərli tikinti materiallarına qadağa qoyula bilər

Azərbaycan hökuməti tikinti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində yeni tədbirlər paketi hazırlayır. Bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru üzrə 2025-ci il Yol Xəritəsində öz əksini tapıb. Yeni mexanizmlər tikintiyə nəzarət və təhlükəsizlik standartlarının dəqiqləşdirilməsini nəzərdə tutur. Tikinti ərazilərində ekoloji və radioloji risklərin qiymətləndirilməsi və idarə olunması üçün […]