Braziliya BRİCS-in fövqəladə sammitini çağırmaq istəyir

Braziliya çoxqütblülük üçün ABŞ-dan gələn riskləri müzakirə etmək məqsədilə BRİCS-in fövqəladə sammitini çağırmaq istəyir. Bu haqda “Valor Econômico” qəzeti məlumat yayıb. “Braziliya ABŞ-ın çoxqütblülüyə qarşı hücumları ilə əlaqədar olaraq BRICS-in fövqəladə sammitinin çağırılmasına çalışır.”, – məlumatda deyilir. Qəzetin məlumatına görə, dövlət başçılarının görüşü ilə bağlı danışıqları Braziliya prezidentinin xüsusi müşaviri Selso Amorim aparır.