ABŞ prezidenti Donald Trampın administrasiyası ABŞ Müdafiə Nazirliyi olan Pentaqonun adını dəyişib “Müharibə Nazirliyi” adlandırmağı nəzərdən keçirir. Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb. Məlumata görə, artıq Trampın ikinci prezidentlik müddətinin ilk həftələrində Pentaqon qurumun adını və rəhbərinin vəzifəsini dəyişdirəcək qanunvericilik təklifləri üzərində işləməyə başlayıb. Qeyd olunur ki, bununla bağlı Konqresin təsdiqi […]