Dünya çempionatı: Azərbaycanın cüdo millisi Gürcüstanı məğlub edib

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatının qarışıq komanda yarışına qələbə ilə başlayıb. "Ölkə.az" xəbər verir ki, yığma 1/8 final mərhələsində Gürcüstan komandası ilə üz-üzə gəlib. Azərbaycan seçməsi rəqibini 4:2 hesabı ilə üstələyərək 1/4 finala vəsiqə qazanıb....