Hər ikisi böyük fədakarlıqla İrəvanda Azərbaycan teatrını yaşadıblar. 1967-ci ildən 1988-ci ilə qədər Qərbi Azərbaycanın rəmzi olan teatrın adını qoruyub, təbliğ ediblər. Teatrın fəaliyyəti Bakıda bərpa olunandan sonra qaçqınlıqda yaşayan Qərbi azərbaycanlıların dərdini, problemini əks etdirən tamaşalarla çıxış edib. Ömürlərinin 45 ilindən çoxunu bu teatrın yaşamasına həsr ediblər.