Abşeronda bədbəxt hadisə: "Azərişıq" əməkdaşı iş başında öldü

Abşeron rayonunda bədbəxt hadisə baş verib. Ölkə.az xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində qeydə alınıb. Belə ki, 40 yaşlı "Azərişıq" ASC-nin əməkdaşı Elnur Zeynalov yüksəkgərginlikli elektrik xəttində iş görərkən elektrik cərəyanı vuraraq ölüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır...