Bütün məzunları tələbə olan kənd məktəbi: "Pis şagird yoxdur"
Zərdab rayonunun Şirvani adına İsaqbağı kənd tam orta məktəbinin bütün məzunları tələbə adını qazanıblar. Məktəbin direktoru Dayangül Vəliyeva deyir ki, bu nəticə sistemli aparılan iş sayəsində əldə edilib.