Azərbaycanda tikinti icazələrinin vaxtı və xərcləri sorğu əsasında müəyyən ediləcək

Azərbaycanda tikinti və istismar icazələrinin verilməsi prosesində səmərəliliyin yüksəldilməsi istiqamətində yeni addımlar atılır. Bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı və icarəsi)” indikatoru üzrə 2025-ci il Yol Xəritəsində öz əksini tapıb. Belə ki, Elektron Tikinti Portalında canlı çat və elektron bildiriş funksiyalarının tətbiqi üçün texniki və institusional imkanlar qiymətləndiriləcək, maliyyələşmə […]