“Bakı Kart”ın nizamnamə kapitalı 6.8 milyon manat azaldılıb

“K Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitali 19 299 999,99 manat məbləğindən 12 525 009,84 manat məbləğinədək azaldılır. Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 6 774 ‬990.15 manat azaldılıb. Xatırladaq ki, Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan “Bakı Kart”ın operatoru – “K Group” MMC 2014-cü ildə yaradılıb, qanuni təmsilçisi Məmməd Allahverdiyevdir.