Göyçayda zəncirvari qəza - Xəsarət alanlar var

Göyçay rayonu ərazisində zəncirvari yol qəzası baş verib. Modern.az xəbər verir ki, Göyçay-Bərgüşad avtomobil yolunun 3-cü kilometrliyində iki minik və bir yük avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. ...