Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Çin ilə Ermənistan arasında strateji tərəfdaşlıq statusu təsis edilib. Bununla da Ermənistan Çinin Cənubi Qafqazda strateji tərəfdaşı olduğu sonuncu ölkə olub. Belə ki, 2023-cü ildə Gürcüstan və Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə keçdiklərini bəyan edib, 2024-cü ildə isə Astanada "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub.