Rusiya şirkətləri İranda Rəşt-Astara dəmir yolu xəttini çəkəcək

Rusiya şirkətləri İranda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə cəlb olunacaq. Bunu Rusiyanın nəqliyyat naziri Andrey Nikitin “Rossiya-1” telekanalının efirində deyib. “Əlbəttə, İranda bu əlaqə bizim üçün, Rəşt-Astara dəmir yolunun tikintisi üçün vacibdir. Həmkarlar, nəhayət marşrutu müəyyənləşdirməlidirlər, biz əslində torpaq sahələrinin alınması ilə bağlı işə başlamalıyıq. Tikinti ilə Rusiya […]