Ölkənin bir sıra bölgələrində iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yayılması barədə xəbərlər dolaşır. Bu səbəbdən insanların ət məhsullarına ehtiyatla yanaşdığı, ət almaqdan çəkindikləri bildirilir. Ən çox müzakirə olunan məqam isə xəstə heyvanların kəsilərək Bakıya göndərilməsi barədə səslənən iddialardır. Bu iddialar təkcə bölgələrdə deyil, paytaxtda da istehlakçıların narahatlığına səbəb olub. Məlumatların nə dərəcədə həqiqətə uyğun olub-olmaması hələlik təsdiqlənməsə də, əhali mövcud vəziyyətdən narahatdır. İnsanları düşündürən əsas sual budur: Bakıya gətirilən ətlər təhlükəsizdirmi və dövlət qurumları vəziyyəti necə nəzarətdə saxlayırlar? Ümumiyyətlə, narahatlığa əsas varmı?