Suriyalılar üçün tarixi an - 14 illik fasilədən sonra keçirilən ilk seçki

Suriyada ötən bazar günü Bəşər Əsəd rejiminin istefasından sonra ilk dəfə qeyri-adi, maraqlı parlament seçkinin nəticələri elan olunub. Seçkidə təxminən 6 000 regional seçki kollegiyası üzvləri yeni parlamentin (Xalq Məclisi) 210 deputatdan ibarət təxminən 2/3 hissəsinin formalaşdırılması prosesinin bir hissəsi olaraq əvvəlcədən təsdiqlənmiş siyahılardan namizədləri seçiblər. Suriya Prezidenti Əhməd Əş-Şaraa sonradan qalan üçdə bir hissəni təsdiq edəcək. İlkin nəticələrə görə, 119 deputat seçilib, lakin onların aldığı səslərin sayı hələ göstərilmir. Hələbdən 30, Dəməşqdən 10, Dəməşqətrafı rayonlardan 12, Homsdan 12, Hamadan 12, Latakiyadan 10, Tartusdan 2, Deyr-əz-Zordan 10, İdlibdən 12, Dəradan altı və Kuneytrdən üç deputat seçilib. "Reuters"in seçki müşahidəçilərinin məlumatlarına əsaslanan hesablamalarına görə, yeni deputatlardan altısı qadındır. Onlar qeyd edirlər ki, ümumilikdə 10 yer dini və etnik azlıqlara məxsusdur. Qeyd edək ki, bu, Suriyada keçmiş dövlət başçısı Bəşər Əsədin devrilməsindən və Əhməd Əş-Şaraanın hakimiyyətə gəlişindən sonra keçirilən ilk parlament seçkisidir.