Pakistan ordusu Əfqanıstanla toqquşmalarda həlak olan əsgərlərinin sayını açıqladı

Əfqanıstan hərbçiləri və "Fitnə əl-Həvaric" (əvvəllər "Təhriki-Taliban Pakistan" və ya "Pakistan taliblərinin hərəkatı" kimi tanınırdı - red.) qruplaşmasının silahlıları ilə toqquşmalarda azı 23 pakistanlı hərbi qulluqçu həlak olub.