Ali Məhkəmənin sədri: "Əməkdaşlıq qlobal məhkəmə sisteminin əsasını təşkil etməlidir"

"Müstəqilliyimiz bərpa olunandan sonra Azərbaycan öz məhkəmə sistemini demokratiya, qanunçuluq və ədalət prinsipləri əsasında qurmağa başladı. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya hazırlandı, daha sonra qəbul olundu və orada hakimiyyət bölgüsü, qanunun aliliyi, insan ləyaqətinin təmin edilməsi və məhkəmə hakimiyyətinin müstəqilliyi ifadə edildi. Beləliklə, bu təməl Prezident İlham Əliyev tərəfindən həyata keçirilən davamlı islahatlarla daha da möhkəmləndirildi. Onun qətiyyətli səyləri nəticəsində ədalətin təşkili dövlətin ən dinamik dayaqlarından birinə çevrildi".