Göyçayda taxta sexində yanğın hadisəsi baş verib. Ölkə.az xəbər verir ki, ilkin məlumata əsasən yanğın rayon mərkəzində yerləşən taxta sexlərindən birində qeydə alınıb. Dərhal əraziyə FHN-nin Göyçay yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub. Hazırda ərazidə işlər davam etdirilir. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır....