Müasir dövrün bəlası gəncləri də hədəf alır: "Yeni xərçəng diaqnozları 79 faiz artıb"

Dövlət Statistika Komitəsinin "Azərbaycan gəncləri" məcmuəsində yer alan məlumata görə, ötən il bədxassəli şiş aşkarlanan gənclərin sayı artıb. Belə ki, 2024-cü ildə 14-29 yaş aralığında 393 gəncdə bədxassəli şiş aşkarlanıb. 2023-cü ildə isə bu rəqəm 296 olub. Xüsusilə, 18-29 yaş arasında bu göstərici yüksəkdir. Maraqlıdır, müasir dövrün bəlası olan bu xəstəlik niyə gəncləri hədəf alır?