Böyük Britaniyanın “WhatCar” nəşri aparılmış tədqiqat əsasında ən etibarsız avtomobillərin siyahısını dərc edib. Araşdırmaya əsasən, indiki nəsil “Nissan Juke” krossoveri ən problemli avtomobil seçilib. Onun etibarlılıq göstəricisi cəmi 55.2% təşkil edib – bu, cari il tədqiqata daxil olan bütün avtomobillər arasında ən aşağı göstəricidir. Problemlərin əksəriyyəti 12 voltlu batareya, mühərrik və əyləc sistemi ilə bağlıdır. […]