Rəqəmsal sektor sürətlə böyüyür, amma onunla birlikdə müştərilərin etimadsızlığı da artır. Şirkətlər agentliklərdən eyni vədləri eşidir: "vaxtında çatdıracağıq", "keyfiyyətli olacaq", "ən kreativ işi biz görəcəyik". Amma nəticə çox vaxt fərqli olur - layihələr uzanır, səhvlərlə dolu olur, ideyalar isə orijinallıqdan uzaq qalır. "Safaroff Agency"nin təsisçisi və idarəedici partnyoru Çingiz Səfərov hesab edir ki, problemin kökü nə sifarişin mürəkkəbliyində, nə də müştərinin tələbindədir. Onun fikrincə, əsas səbəb agentliklərin sistemsiz işləməsidir.