“Səhiyyənin Təminat Mərkəzi” uşaqlar üçün 25 milyon manatlıq vaksin alır

“Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi “Epidbiomed” MMC ilə 25 milyon manatlıq müqavilə bağlayıb. Banker.az xəbər verir ki, müqavilədə 2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair «Hexa vaccine» (6 valentli) vaksinin satın alınması nəzərdə tutulur. Müqavilənin ümumi məbləği isə 25 152 705 manat təşkil edir.