2025-ci ilin yanvar–avqust aylarında Azərbaycanın ticarət balansı öncəki ayla müqayisədə yüksəlib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, gömrük rəsmiləşdirilməsi tam başa çatmayan xam neft və təbii qazın statistik qiymətləndirilməsi nəzərə alınmaqla, ölkənin xarici ticarət dövriyyəsi 31,7 milyard ABŞ dolları təşkil edib. Bunun 16,6 milyard dolları (52,5 faiz) ixracın, 15,1 milyard dolları (47,5 faiz) isə idxalın payına […]