“Xiaomi”nin səhmləri elektrik avtomobili ilə bağlı qəza xəbərindən sonra 8% ucuzlaşıb

Çinin “Xiaomi” şirkətinin səhmləri Honkonq birjasında 8,7% aşağı düşüb. “Bloomberg”in məlumatına görə, bu, apreldən bəri şirkətin ən böyük gündəlik itkisidir. Qiymət enişinə səbəb şirkətin SU7 adlı elektrik avtomobili ilə baş vermiş yol-nəqliyyat hadisəsi olub. Çin mediasının məlumatına əsasən, hadisə bu səhər ölkənin cənub-qərbində yerləşən Çendu şəhərində baş verib. Sosial şəbəkələrdə yayılan kadrlarda qəzadan sonra avtomobilin […]