®“AzerGold” QSC-nin nümayəndə heyəti Türkiyə Respublikasının İzmir, Çanaqqala şəhərləri və Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə işgüzar səfər edib. Səfərlər qardaş türk dövlətləri ilə dağ-mədən sahəsində əlaqələrin möhkəmləndirilməsi, qarşlıqlı investisiya potensialının genişləndirilməsi, geoloji kəşfiyyat, faydalı qazıntıların hasilatı, tədqiqi, işlənilməsi və emalı sahəsində texniki təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil olunub. Türkiyə Respublikasına səfər çərçivəsində “AzerGold” QSC-nin nümayəndələri […]