Prezident İlham Əliyev Misirdə Nikol Paşinyanla söhbətləşib

Prezident İlham Əliyev Misirdə Ermənistan Baş naziri Nikol Paşinyanla söhbətləşib. Azərbaycan lideri Şarm əl-Şeyxdə Qəzza ilə bağlı sammit çərçivəsində Nikol Paşinyanla söhbətləşib. Qeyd edək ki, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.