Azərbaycan Mərkəzi Bankının əməkdaşları Əvəz Yusibov, Tural Yusifzadə və Vüqar Əhmədov tərəfindən hazırlanan bu tədqiqat işi Azərbaycanının qeyri-neft iqtisadiyyatı üzrə potensial artımını və onun istehsal gücü yüklənməsi, həmçinin inflyasiya ilə qarşılıqlı əlaqəsini qiymətləndirir. Müxtəlif qiymətləndirmə üsullarından istifadə etməklə qeyri-neft potensial məhsul artımı təxminən 5% səviyyəsində müəyyən olunmuşdur. Qısamüddətli ÜDM artımının bu səviyyədən yüksək olması iqtisadiyyatda […]