Mingəçevir şəhərində 49 yaşlı kişi hoteldə ölüb. Modern.az xəbər verir ki, hadisə Mingəçevir Şəhər Avtovağzalının mehmanxanasında baş verib. Şəhər sakini, 1976-cı il təvəllüdlü Coşqun Rəhimov mehmanxanada istirahət edərkən qəfil halı pisləşib. O, hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, C.Rəhimov ürək çatışmazlığından ölüb. ...