"Yaxın Şərq Sülh Sammiti Qəzza zolağında baş verən hərbi toqquşmaların, habelə mülkü insanların həlak olmasının qarşısını almaq baxımından mühüm diplomatik tədbirdir. Məqsəd təkcə atəşkəsə nail olmaq deyil, həm də tərəflər arasında düşmənçiliyi yumşaltmaqla davamlı sülh və sabitliyə nail olmaqdır. Yaxın Şərqdə sülh naminə yeni səhifə açmağı hədəfləyən Sammitdə məhdud sayda dövlət, hökumət başçıları dəvət olunub".