Rauf Vəliyevin birinci müavini işdən çıxarıldı

Azərbaycan “Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin birinci müavini vəzifəsindən azad edilib. Müvafiq əmrlə Mübariz Mustafa oğlu Cabbarov tutduğu vəzifəsindən azad olunub. Qeyd edək ki, 5 oktyabr 2017-ci ildə Mübariz Cabbarov “Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin birinci müavini təyin olunmuşdu. QSC sədri isə Rauf Vəliyevdir.