SOCAR-TPAO əməkdaşlığı çərçivəsində birgə təlim keçirilib

SOCAR və "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkəti arasında 2023-cü ilin iyun ayında imzalanmış Anlaşma Memorandumuna əsasən, insan kapitalının inkişafı və təcrübə mübadiləsinin gücləndirilməsi istiqamətində əməkdaşlıq uğurla davam etdirilir.