“AzInTelecom” “Baku Fintech Forum 2025” tədbirində – Fotolar

®“AzInTelecom” MMC yerli və regional maliyyə institutlarının iştirakı ilə keçirilən “Baku Fintech Forum 2025” tədbirində iştirak edib. 9 oktyabr tarixində Bakıda keçirilən forumda “AzInTelecom” interaktiv stendi ilə çıxış edib. Stenddə tədbir iştirakçılarına şirkətin rəqəmsal xidmət və məhsulları ilə bağlı məlumat verilib. Forum çərçivəsində “AzInTelecom”un Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev çıxış edərək biometriya texnologiyasının maliyyə sahəsində […]