Şaron Eyal Bakıda: Rəqs - ruhun yüksək modası kimi

Onun estetikası "Dior"u heyran edir. Onun quruluşları haqqında "Vogue", "The Guardian" və "Le Monde" rəylər yazır. O, moda, balet, performans və musiqi ritualının qovşağında yaradır. Bu payız isə tarixdə ilk dəfə olaraq Şaron Eyal (Sharon Eyal) və onun L-E-V truppası Bakıda çıxış edəcək.