ATƏT sədri: Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq

ATƏT-in Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq. Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen İrəvanda Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib. O, ATƏT-in Ermənistanda və bütün regionda sülhü dəstəkləməyə hazır olduğunu qeyd edib.