Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. İclasda Ramil Həsənin deputat fəaliyyətinə xitam verilməsi ilə bağlı məsələ müzakirə olunacaq. Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında təşkilatın Baş katibi seçilib. Ramil Həsən vəzifəsinin icrasına sabah – oktyabrın 15-dən etibarən başlayacağını bildirib. Xatırladaq […]