İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala, Masallı və Sabirabad sənaye məhəllələrinin özəlləşdirilməsi nəzərdə tutulur. Bunu Agentliyin mətbuat katibi Elçin Kazımlı bildirib. “Təşəbbüskarlar bu sənaye məhəllələrinin idarəçiliyini öz üzərlərinə götürə bilərlər”, – deyə o qeyd edib. Bununla belə, Agentlik rəsmisi deyib ki, qurum özəl sənaye məhəllələrinin koordinasiyasını həyata keçiləcək: “Bura rezident olmaq […]