Azərbaycan, İran və Rusiya rəsmiləri Şimal-Cənub dəhlizinin infrastrukturuna baxış keçirib

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçukun və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin başçılıq etdikləri nümayəndə heyətləri Astara şəhərində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin vacib infrastruktur obyektlərinə birgə baxış keçiriblər.