14 oktyabr 2025-ci ildə Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 2 illik kuponlu dövlət istiqrazlarının hərracı keçirilib. Banker.az xəbər verir ki, hərrac nəticəsində istiqrazların ortaçəkili gəlirliliyi 6,45%, kəsmə gəlirliliyi isə 6,5% təşkil edib. Bu göstərici 2022-ci ilin noyabrından bəri qeydə alınan ən aşağı səviyyədir. 2024-cü ilin dekabrında isə iki illik dövlət istiqrazları üzrə orta gəlirlilik 10 […]