Yaxın Şərqdə gərginliyə son qoymaq məqsədilə Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitində yekun sənəd imzalanıb. Qəzzada atəşkəsin əldə olunması və humanitar böhranın qarşısının alınması üçün atılan bu addım, bölgədə davamlı sülhün təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Sammit çərçivəsində imzalanan yekun sənəd yalnız silahlı toqquşmalara son qoymağı deyil, eyni zamanda tərəflər arasında siyasi dialoqun bərpasını və regional sabitliyin qurulmasını hədəfləyir.