Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

Prezident İlham Əliyev “Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 18 iyul 2018-ci il tarixli fərmanında dəyişiklik edib. Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, Xidmətin işçilərinin say həddi 55-dən 65-ə çatdırılıb. Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.