Azərbaycanda 2019-cu ildən qida və qeyri-qida məhsullarının çatdırılması sahəsində fəaliyyət göstərən texnologiya və logistika şirkəti olan "Wolt" ölkənin regionlarında genişlənməsini davam etdirərək artıq Qəbələ və Xankəndi şəhərlərində də fəaliyyətə başlayıb. Bu addım, şirkətin ölkə üzrə daha çox insana rahat, etibarlı və müasir çatdırılma təcrübəsi təqdim etmək strategiyasının növbəti mərhələsini təşkil edir.